Avropa İttifaqından Rusiyada baş verən terror aktına REAKSİYA - FOTO

23
Mar
01:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı Rusiyanın Moskva vilayətində konsert salonunda törədilən terror aktını pisləyib.

Bu barədə Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarının mətbuat katibi Piter Stano “X” hesabında yaqzıb.

“Aİ Moskvada “Crocus City Hall”un binasında baş verən terror aktı xəbərindən şoka düşüb. Avropa İttifaqı mülki şəxslərə qarşı hər hansı hücumu pisləyir. Biz zərər çəkmiş bütün Rusiya vətəndaşlarının yanındayıq”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.