Pakistanın Milli Günü münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri iştirak ediblər - YENİLƏNİB + VİDEO

23
Mar
13:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 23-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Pakistan Günü münasibətilə hərbi parad keçirilib.

Bu barədə seher.media-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.

Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.

10:45

Pakistanın Milli Günü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak ediblər.

seher.media xəbər verir ki, bu bayram 1956-cı ildən bəri dünyada ilk islam respublikasının yaradılması şərəfinə keçirilir. Pakistan İslam Respublikasının yaradılması üçün əsas isə 1940-cı ildə qəbul edilmiş Lahor qətnaməsi olub.

Əlamətdar gün münasibətilə Pakistan Silahlı Qüvvələri tərəfindən paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.

Qeyd edək ki, hərbi parad bu dəqiqələrdə artıq başlayıb.