Oğuzda mənzərəsi dağa açılan küçəni zibil poliqonuna çeviriblər - FOTO/VİDEO

23
Mar
14:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonunda yaşayış məntəqəsində küçəni zibil poliqonuna çeviriblər.

Bununla bağlı seher.media-a sakinlər məlumat veriblər.

Bildirilir ki, rayonun M.F.Axundov küçəsinin kənarını kimlərsə az qala zibillik ərazisinə çeviriblər. Havaların isinməsi ətrafa üfunət iyinin yayılmasına və xəstəliklərin yaranmasına səbəb olacaq.

Şikayətdə o da qeyd olunur ki, əvvəlcə buraya bir neçə yük maşını ilə inşaat tullantıları boşaldılıb. İndi isə yoldan keçən hər kəs bu ərazini zibillik zənn edib tullantıları buraya atır. Ərazidə natəmizlik baş alıb gedir. Bundan əlavə, sahibsiz itlər atılan zibilləri dağıtdığı üçün ürəkağrıdıcı mənzərə meydana gəlib.

Maraqlıdır ki, zibil tökülən ərazinin kənarına tikanlı məftillər də çəkilib. Bu məftillərin çəkilmə səbəbi də naməlumdur. 

Sakinlər Oğuz rayonundakı məsul şəxslərdən bu ərazinin təmizlənməsi üçün müvafiq tədbirlər görülməsini xahiş edirlər.

Video və şəkilləri təqdim edirik:

@oxuaz

Oğuz rayonundakı küçədə zibil poliqonu "yaradıblar".

♬ оригинальный звук - Oxu.az News

 

Aytac Qasımova