Evlərini, maşınlarını satsalar da əməliyyat üçün 1 000 manatları çatmır - FOTO

23
Mar
15:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doqquz yaşlı Yusifin dəstəyə ehtiyacı var.

Bu barədə seher.media-a onun anası Aygül Əliyeva məlumat verib.

O bildirib ki, övladı üç ildir qaraciyər sirrozundan əziyyət çəkir:

“Yusifin altı yaşı olanda onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən bu günə qədər müalicələrini etdirsək də, demək olar, heç bir irəliləyiş qeydə alınmayıb. Həkimlər Yusifin təcili qaraciyər köçürülmə əməliyyatına ehtiyacı olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikalardan birində həyata keçiriləcək”.

Aygül Əliyeva bildirib ki, əməliyyat pulunu tamamlamaq üçün evlərini satıblar:

“Yusifə donor Türkiyədə tapılıb. Yusifin əməliyyatı üçün 45 000 dollara (76 500 manat) ehtiyac var. Əslində, məbləği tamamlamışdıq. Əməliyyat olmalı idik amma Yusif ard-arda iki dəfə ağır xəstələndi. Birinci dəfə xəstəliyinə görə vəziyyəti ağırlaşdı, ikinci dəfə isə pnevmoniya oldu. Buna görə də əməliyyat pulundan xərcləməli olduq. Həkim birinci dəfə müalicə yazdı, etdik. Hazırda əməliyyat məbləğimizin 1 000 manatı çatmır. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirik. Nə qədər tez gedib əməliyyat olsa, onun səhhəti üçün o qədər yaxşıdır. Biz imkansız adamlarıq, mən işləmirəm, yoldaşım isə fəhlədir. O məbləği tapmaq bizim üçün qeyri-mümkündür. Buna görə də evimizi, maşınımızı satmışıq. Yusif bizim tək övladımızdır. Onu itirmək bizim üçün ölümə bərabərdir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 958-80-49.

“Beynəlxalq Bank”: 4127 2093 0159 3577.