Moskvadakı terrorda ölən Vüqar Hüseynovla bağlı XİN-dən AÇIQLAMA

23
Mar
16:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi Moskvadakı “Crocus City Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata münasibət bildirib.

Bu barədə qurumdan seher.media-a məlumat verilib.

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

Xatırladaq ki, daha əvvəl bir nəfər sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, ötən axşam “Crocus City Hall” mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 150-yə yaxın adam ölüb, 200 nəfər isə yaralanıb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.