Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.
WWW.SEHER.MEDIA xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, yolboyu inşa edilmiş birinci tunelin açılışında iştirak edib.