Hər insanın qəlbində bir niskil olur. Toxunur bəzən dogma sandığın hər kəs o simlərə… Sanki var gücləri ilə qoparmağa çalışırmışlar kimi. Bəzən iki əllə qulaqlarını tutar var gücü ilə bağırmaq istəyərsən “BƏSDİR!” deyə, bəzən iki əllə dizlərini qucaqlayıb sıxılarsan otağın toz bağlamış küncünə, bəzən isə saatlarla tavana zilləyərsən gözlərini səssizcə… Mat qalarsan olub bitənləri kənardan izlədikcə.
Yıxılar bütün xəyalların uçuq binalar kimi, darmadağın ümidlərin xarabalıq kimi viran olar. Sinəndə sızıldayar qaysaq bağlayan yaraların, sim-sim qopar…
Bəlkə ürəkdən axan qan elə ürəyin göz yaşlarıdır. Anlamaq belə çətindir bəzən öz yaşadığın hissləri. Hərdən ağıl və ürək arasında seçim etməyə məhkum olarsan, hərdən isə ağıl və ürəyi birləşdirən Sarı Sim özü özünü qoparar, qırar və atar.
Qəbinizin yolunu kimsə ilə bölüşməyin. Çünki, simin üzərində yeriyəcək adamların yükünü qaldıra bilmədiyinizdə qırılacaq olan simlər yalnız sizi məhv edər. Odur ki, həyatınızın Sarı Simini qoruyun diləyi ilə…
SONA İNTİZAR/11.05.2024/BAKI