Kərkük deyincə ilk ağla gələn Füzuli olur, Nəsimi, olur, yəni bizim üçün İraq Füzulidən, Nəsimidən başlayır. “Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də, Qəzənfər Paşayevdən başlayır” (Y.Qarayev). "Altı il Dəclə-Fərat sahillərində" əsərinin müəllifi, “Azərbaycan kərkükşünaslığının banisi” (T.Hacıyev), professor Qəzənfər Paşayevdən. Kərkük deyincə, ilk ağla gələn bir də çox kiçik yaşlarımdan televiziyadan dinlədiyim Kərkükün pasportu sayılan hoyratları gəlir:
“Evlərinin dalı qaya,
Qayadan baxarlar aya.
Mənim yarım ağca maya
Ninnə yarım ninnə,
Əsmər yarım ninnə ...
Evlərinin dalı yonca
Yonca qalxıb dam boyunca,
Mənim yarım beli incə...
Ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə...”
Mahnının sözləri asanlıqla yaddaşımıza həkk olunduğundan dilimizdən düşməzdi. Anam hey zümzümə edərdi, “Evlərinin önü yonca...” (bəzən “önü” yerinə “dalı”-evin arxası kimi də tələffüz edilərdi: “Evlərinin dalı yonca). Hətta xatırladığım qədər bu mahnını müğənnilərdən biri tanımadığımız bir gənclə yelləncəkdə oturub oxuyurdu. Gənc də asta-asta yelləncəyi yırğalayırdı. Biz də qapımızın ağzındakı tut ağacından asdığımız yelləncəkdə hey bu mahnını zümzümə edirdik. Böyüdükcə, öyrəndik ki, “Evlərinin önü yonca” mahnısını oxuyan Nərminə Məmmədovadır. Nərminə xanımın duet ortağının kimliyin haqqında çox-çox sonralar, Əli Şamilin mənə göndərdiyi video və məlumatdan öyrəndim. Nərminə xanımınla duet oxuyan gənc 1959–1970-ci illərdə Azərbaycanda yaşayan, Azərbaycan Radiosunun ərəb dilində verilişlərinin aparıcısı olan Sinan Səid imiş. Sinan Səid Bakıda aspiranturada oxuyub və burada azərbaycanlı xanımla evlənib. Sinan Səid Nərminə Məmmədova ilə birgə həmçinin “Qızıl üzük, yaşıl qaşı” adlı mahnıları oxuyub.
Gəncliyimizdə ən çox oxuduğumuz kitab Qəzənfər Paşayevin "Altı il Dəclə Fərat sahillərində" kitabı idi. Kitab bizə yaxın və bir o qədər də uzaq olan İraqa - Kərkükə açılan yeni bir pəncərə idi. Bu gün xoşbəxtik ki, artıq türkmən qardaş və bacılarımızla elmi və ədəbi əlaqələr qurulub. Dəvət aldığımız elmi simpozyumlarda bir-birimizlə görüşüb söhbət edir, fikir bölüşürük. Şərqdən, Şərqin bitməyən problemlərindən, daha çox Kərkükdən danışırıq. Bu gün Kərkük deyincə yadıma Bağdad universitetinin dosenti, dostlarım Nadia Jassen, folklorşünas alim Nejdet Yaşar Bayatlı, bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunun “Fəxri doktoru” diplomu ilə təltif olunan şair, alim, ictimai xadim Şəmsəddin Kuzəçi və müasir Türkman ədəbiyyatının nümayəndələrindən Əbdüllətif Bəndəroğlu, Cəlil Qazançıoğlu, Husam Həsrət, Əsəd Ərbil, Faruk Faiq Köprülü, Əli Çolaqoğlu, şairə Ayhan Həcəroğlu və bu gün Kərkükə həsr olunmuş şeirləri üzərində düşüncələrimi paylaşmaq istədiyim professor Məhmət Ömər Kazancı gəlir.
Məhmət Ömər Kazancı Türk dünyasında tanınan elm adamı olmaqla yanaşı, həm də sevilən bir şairdir. O, Türkmən Qardaşlıq Mərkəzinin (TQM) idarə heyətinin sədri, İraq türklərinin ən geniş yayılmış jurnalı olan,1961-ci ildən nəşr olunan “Kardeşlik” jurnalının baş redaktoru vəzifələrində çalışıb (2005 - 2013). Sonralar bu ocağın fəxri prezidenti seçilib. İraq Universitetləri Professorları Dərnəyi və Türkmən Ədəbiyyatı, İraq Ədəbiyyatı və Avrasiya Ədəbi Dərnəklərinin idarə heyətinin üzvüdür.
Onun dünyanın tanınmış jurnallarında ingilis, ərəb və türk dillərində 45-dən çox elmi araşdırması dərc etdilmiş, 22 ali təhsil (magistr və doktorantura) tələbəsinə elmi rəhbərlik etmişdir. 4 patentin müəllifidir. Onun ərəb dilində yazdığı 2 elmi əsəri: “Mikrobiologiyanın Sənayeyə Tətbiqi” və “Molekulyar Biologiya” Bağdad Universiteti tərəfindən dərslik kimi nəşr edilmişdir. Bununla yanaşı, M.Ö.Kazancının İraqda, Türkiyədə hekayə və araşdırma yazıları yayınlanmış, “Sənə doğru” (Bağdat, 1979). “Şarkıca konuşmak” (Bağdat, 1984), “Cam ardından bir öpüş” (Bağdat,1987), “İnci üstünə inci” (Bağdat,1990). “Şafak” (Nusrət Mərdan və İsmət Özcanla birgə) (Kerkük, 1990), “Türkmən öykücülüyü” (Bağdat,1994), “Bir ömür yetmiyor” (Kerkük, 2003), “Ölümə zaman erkən” (İsmət Özcanın yaşamı və şeirləri) (Erbil, 2005), “Nəsrəddin hoca Kərkükdə” (Bağdat,2007),”Türkmən öykücülüğü” (araştırma – Bağdat, 2007), “Atəş çəmbəri” (Bakı, 2008), “Qığılcım” (İstanbul,2008), “Türkmən ədəbiyyatında ilk hekayə: Mübarə eşqi” (İstanbul, 2009) “Kerkükdə gül zamanı” Ərəb dilində hekayə antologiyası. (Nusrət Mərdan ilə birgə). (Bağdat, 2009), “Hüzün qağayıları” (Nusrət Mərdan ilə məktupbaşmalar), (Kərkük, 2010), “Gündem işğal” (Kerkük,2010), “Yeni İrak qəzeti. Tədqiqat. (Kərkük, 2011), “Qadın qəlbi: yüz il öncə yazılan bir roman: Hayrəttin Farukî: İncələmə və sözlük, (Türkiyə, 2013) adlı şeir, hekayə və araşdırma kitabları nəşr olunmuşdur.
Məhmət Ömər Kazancı Kərkükdə doğulub (1952). Kərkük onun ən böyük sevdasıdır. O Kərkük ki, İraqın 4 böyük şəhərindən biridir. Başından “qəzavü-qədər” əskik olmur, hələ də problemləri həll olunmayıb. M.Ö.Kazancının poeziyasında Kərikük bütün gözəllikləri, sosial dərdləri, siyasi problemləri, xüsusən də sevgisi ilə inikas edir.
“Sen benim gözlerimde bin yıllık bir rüyasın
Gözlerimden Kerkük’üm seni çalan mı olur
Adım adına bağlı kaderim kaderine
Uğrunda baş veririm desem yalan mı olur” (Kerküke aşkname).
Bildiyimiz kimi XX əsrin sоnunda Оrta Şərqdə başlanan savaşlar XXI əsrdə hələ də davam edir. İllərdir döyüş meydanına çevrilən Yaxın Şərqdə məzhəb savaşı XXI əsrdə də səngimək bilmədi, əksinə coğrafi sərhədləri genişləndirmək məqsədi ilə qarşıdurmalar günü-gündən daha da qızışdırıldı.
Sonsuz görünən müharibələrə səbəb ola biləcək müqavimətin ilk əlamətləri özünü göstərməyə başladı. Yaxın Şərqdə baş verənlərin memarı olan Qərb, müsəlman dünyasının ideoloji müstəvidə çalxalandırdı və masının hansı istiqamətdə davam edəcəyini seyr etdi. Çünki Qərb artıq edəcəyini etmiş, Orta Şərqi müharibə ocağına çevirmişdi. Bu, Orta Şərqin xəritəsinin yenidən cızılması üçün zəmin hazırlıqları idi. 28 sentyabr 2013-cü ildə “New York Times” (ABŞ) qəzetindəki xəbərlərdə yer alan xəritədə, Orta Şərqin alacağı forma göstərilmiş, Robin Raytın imzaladığı təhlildə Orta Şərqdə 5 dövlətin necə parçalanaraq 14-ə qədər artacağını göstərmişdi. “Yaxın Şərqin xəritəsi yavaş-yavaş yenidən çəkilə bilər”, - deyilən təhlildə Səudiyyə Ərəbistanı, Yəmən, Suriya, İraq və Liviya kimi ölkələrin bir neçə yerə bölündüyü görülür. “New York Times”ın yeni Yaxın Şərq proqnozuna görə, 5 ölkədən 14 ölkə yaradılacaq, yəni İraqın Şərqində kürd bölgəsi, ortada sünni dövləti, paytaxt Bağdadın cənubunda da bir şiə dövləti qurulacaq. İŞİD terror təşkilatının İraq və Suriyadakı stratejik önəm daşıyan əraziləri ələ keçirməsi və s. “New York Times” qəzetinin yayınladığı Yaxın Şərq ssenarilərini ehtiva edən xəritədə, Robin Rayt Yaxın Şərqlə bağlı təhlilində Liviya, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəməndəki etnik və məzhəb gərginliyinə toxunmuş və bölgəni iqtisadi və siyasi böhranların gözlədiyini bəyan etmişdir. Bu xəritənin yaradılması illərdir üçün Orta Şərqdə nələr edildiyi məlumdur. Bu planlamadan İraq türkmanlarının yaşadığı Kərkük də öz nəsibini aldı. Bir neçə il öncə Böyük Britaniyanın "Time" qəzeti yazırdı ki, “Kərkük partlamağa hazır bir bombadır.” “Time” qəzeti: “Kərkük partlamağa hazır bir bombadır.” Türkmən Najim Ömərsə Kərkükü “qaz sızan bir təbii qaz borusu”na bənzədir. Amma bu bombanın fitilini qoyanlar az öncə bəhs etdiyimiz kimi, Qərbin enerji mənbələrini ələ keçirmək istəyi idi. süni şəkildə yaradılan məhzəb qarşıdırması idi. Bütün bunlar, Kərkük yaxın keçmişi və bu günü ilə şairin şeirlərində geniş şəkildə öz əksini tapır. Kərkük qatarını xatırlayan şairin düşüncələri həm hüznlüdür, həm düşündürücü.
“Bir tren vardı
Büklüm büklüm
Salıverirdi dumanını
Evimizin üstüne
Püf.. püf.. püf diye okşardı
vagonlarını
Ardınca çekerken
Bir istasyondan
diğerine…
Bir tren vardı
Kerkük’ün göğsüne
Başını dayardı
Yorulduğu zaman” (Kərkük qatarının ardından).
Şairin yaddaşında həzin xatirələrlə həkk olunan qatar sıradan bir qatar deyildi. Kərkük qatarı idi. “Qatar Kərkükə girərkən babasız çocuklara əl sallar”, “qıtlıq günlərində un daşıyardı.” Savaş günlərində qatarların da missiyası dəyişir. Artıq Kərkük qatarı cəbhəyə əsgər daşıyır,:
“Bir tren vardı
Kerkük’e girerken
Babasız çocuklara
el sallardı
Un taşırdı
Kıtlık günlerinde
oradan oraya
Savaş günlerinde
Asker taşırdı
cepheye” (Kərkük qatarının ardından).
Bu qatar vaxtı ilə xoşbəxt anlara şahidlik etmişdi. Hər işə yarayan bu qatar Muskonun Fatmasını Kərkük qalasından Ərbil qalasına gəlin aparmışdı:
“Bir tren vardı
Muşko'nun Fatma’sını
Gelin götürdü
Kankalasında
Erbil’in kalesine
Kerkük’ün kalesinden.”
Artıq qatar gəlin aparmır, çocuklara əl sallamır, savaşa əsgər daşıyır. Çünki il 2010 deyil, 2014-cü ildir. “Havadis” var. Şair əlində “Havadis” qəzeti tutan birini görüncə haldan-hala düşür. “Sen kimsin amca” xitabıyla başlayar şeirini:
“Sen kimsin amca
Hangi gezegenden geldin
Bu gazete Havadis gazetesi
Eline nasıl geçti nereden
Biz 2014’teyiz
1900’ler geride, çok geride kaldı
Nasıl manşet edildi Havadis’e bu haberler:
-Yine can kaybı var
-Yine patlamalar
-Yine döndü kan gölüne
Yetim Tuz, bîkes Kerkük
-Yine vuruldu Telafer
Yüreğinden yaralı” (Havadis).
Məhmət Ömər Kazancının yaradıcılığında Kərkük, Kərkük sevgisi qırmızı xətlə keçir. Şair üçün Kərkük anadır, vətəndir, eşqdir, sözdür, şeirdir. Hətta varlığının səbəbi “Əvvəl Allah, sonra Kərkükdür...” Onun “Əvvəl Allah sonra sən” kitabında toplanan şeirləri Kərkük sevgisini notları üzərində yazılıb:
“Kadir Allah
En gökçe bir hamurla
Yoğurarak yarattı
Senin koynuna attı
Perçinleştim seninle
Ruhum ruhuna çattı
Annem oldun Kerkük’üm.
Barındırdın besledin
Kılca kusur etmeden
En kıtlı günlerimde
Sayem sermayem oldun
Evvel Allah sonra sen.”
Onun şairliyi də inandığı, ona “sezgi”, “seziş”, “güc” verən Allahın və “içindən səsi heç əskik olmayan”, çox sevdiyi Kərkükün sayəsindədir:
“Sizlerin sayenizde
Şairim ben, şadım ben
O sezgi, seziş verdi
Güzellikler estiren
Sen de güç
Sen de esin
Kesilmedi içimden
Eksik olmadı sesin” (Əvvəl Allah, sonra sən).
Birinin ondan Siz Kərküklü müsünüz? - soruşmasının üzərinə şair, bir şeir yazır. Kərkükün və kərküklünün ədəbi portretini çəkir:
“Siz Kerküklü müsünüz?
Konuşmanızdan tanıdım ne kadar nazik
Gözlerinizden tanıdım.”
“Hep birileri vurdu sizi arkadan
Onlar ne yazık ki bizdik
Siz Kerküklü müsünüz?
Təsadüfən tanışdığı kərküklüyə xanımını anladır. İllər öncə İstanbula gəlin gəlmiş, ağır həyat şərtləri, ərinin mədəndə çalışması, ya “Parası olmaması” ya da sərhədlər açıq olmadığından, savaşın başlaması səbəbindən Kərkükə apara bilməmiş. Rastlaşdığı kərküklünü evinə dəvət edir, “Bari siz gelin, bir az oksigen alsın.”
"Benim de eşim Kerküklü âşığım size
Ruhunuzun imzasını taşıyan türküleriniz
İçten titretir beni nerede duysam
Uzak değil İstanbul’un ortasındadır evimiz
Konuk edelim sizi sevinir eşim
Gözleri sizinki gibi hazin
Kerkük’e götürmedim hiç madenciydim
Ya zamanım olmadı ya param
Ya sınırlar kapalı dediler savaş var
Bari siz gelin
Bir az oksijen alsın
Kerkük’ü solusun gözlerinizden bir az
Son günlerinde” (Siz Kerküklü müsünüz).
Qəhrəmanlarının tanışlığını anladan şair, Türkün Türkdən başqa dostu yoxdur, - deyiminə toxunur. Keçmişə ekskurs edir. Onların babaları gənc ikən, savaşda - Çanaqqalada tanış olmuş, çiyin-çiyinə savaşmışlar:
Çanakkale’de Omuz omza savaşmıştır babasıyla babam
Çiçekleri burunlarında iki genç
Ne çok istemişlerse de Şehit olmamışlar
Oradan işte hikâyemiz başlar.”
Kərküklünün sevgisini, gözlərini, ədəb-ərkanını anladır, evinə qonaq dəvət edir, həyat yoldaşının onun gəlişinə sevinəcəyini, kərküklüləri çox sevdiyini bildirir:
Kerküklü müsünüz, sizin aşkınız yaman
Sizin aşkınız ateş
Düştüğü suyu kaynatır fıkır fıkır
Düştüğü yeri yakar
Yüreğim yangın
Soluğum duman
Gelin konuğumuz olun.
İstanbul’un Ortasındadır evimiz uzak değil
Eşim çok sevinir
Yarı sönük bir lambanın altında uzanıyor şimdi
Gözleri tavanda Kerkük’ü düşünüyor yıllardır görmediği
Siz gelin sizi görsün bari Kerküklü değimlisiniz
Sizi çok seviyoruz
Ben ve eşim Dursun ablanız (Siz Kerküklü müsün).
Tarixə ekskursiya edən şair, “Gəlin girin dədənizin qucağına” şeirində çocuqlarla həsb-hal edir. Məmləkətin qədərindən danışır, savaşın ilk olmadığına, bu torpaqlarda hər zaman qanın axdığına işarət edir. Bu savaşda verilən qurbanları, insanları, savaşın insanlara gətirdiyi faciələri anladır. Anaların itirdiklərinə, üzüntüsünə, çəkdiklərinə diqqət çəkir. Aman ananız bilməsin durumun kritik olduğunu. Gözünü bir savaşda itirdi, babanızı bir savaşda. Bu yaşda dayana bilməz silah səsinə.
“Bu ilk savaş değildir,
Memleketin yaşadığı
Her zaman kan akmıştır,
Deresine tepesine dağına
Gelin girin kucağına Dedenizin
Bütün delik deşikleri
Sıkı kapatın çocuklar
Alçak konuşun, duymasın
Anneniz bilmesin ki dışarıda
Karışık bir durum var
Babanızı bir savaşta kaybetti,
Gözlerini bir savaşta
Dayanamaz bu yaşta,
Gürültüye
Dayanamaz artık silah sesine.
Çocuklar,
Korkmayın,
Bu ilk savaş değildir
Memleketin yaşadığı
Ne de sonuncu savaş” (Gelin girin dedenizin kucağına).
Savaş İraqın, bütövlükdə Şərqin yaşamını dəyişdi, dağılmış şəhərlər bir-birinə bənzədi, dağılmış şəhərlər xarabaya döndü. Mədəniyyət abidələri yox edildi. Savaş meydanlarında yalnız əsgərlər ölmədi, çocuqların, qadınların həyatı söndü. İnsanlar yurd yerindən didərgin düşdü. Və bütün bu yaşananları müharibənin dəhşətini, müharibə şəraitində yaşayan insanların düşüncə və sarsıntılarını, dağıdılan şəhərlərin, öldürülən çocuqların, anaların harayını Kərküklü şair Məhmət Ömər Kazancı böyük bir ağrı ilə şeirlərində inikas etdirdi.
Dünyaya sülh gərəkdir. İnsanların arzusu sülhdür, əmin-amanlıqdır. Uşaqlıqdan əzbərlədiyimiz və Günümüzlə səslənən bir mahnı var: “Qoy həmişə sülh olsun!” (mahnının musiqisi Arkadi Ostrovskiyə, sözləri Lev Oşaninə məxsusdur). Əsasən rus dilində oxunurdu. Mahnıda uşaq insanları sülhə çağırır. Mən də yazımı dünyamıza sülh arzusu ilə yazımı bitirirəm:
“Qoy həmişə günəş olsun,
Qoy həmişə səma olsun,
Qoy həmişə anam olsun,
Mən də olum həmişə!!!”
Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
Kərkük deyincə... - Lütviyyə Əsgərzadə yazır...
20
May
21:43
thumb_up
3
thumb_down
0