Kürdə dəhşətli hadisə: Qayıq yandı, çox sayda yanıq xəsarəti alan var

15
İyn
22:54
thumb_down 0

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

"Report"un məlumatına görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın baş verib.

Hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.

Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.