Yeni Günəşlidə avtomobil yanıb

9
Okt
10:00
thumb_down 0

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində avtomobildə yanğın baş verib.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Mercedes-Benz" markalı minik avtomobilində baş vermiş yanğın yaxınlıqdakı binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin ön hissəsi yanıb, avtomobilin digər hissələri və yaxınlıqdakı yaşayış binası yanğından mühafizə olunub.

Yeni Günəşlidə avtomobil yanıb

Yeni Günəşlidə avtomobil yanıb