Müəllimə Rəfiqə Həsənova Göyçay Mərkəzi Rayon Xəstəxanasında səhv diaqnozun qurbanı oldu-FOTO

8
Okt
17:05
thumb_down 0

Göyçay şəhər 3 saylı uşaq bağçasının müəlliməsi Həsənova Rəfiqə Sinan qızı   səhv diaqnoz nəticəsində vəfat edib.

Bu barədə mərhumun bacısı, Göyçay şəhər 5 saylı orta məktəbin müəlliməsi Gülnarə Cavadova məlumat yayıb.

Bacısın sözlərinə görə, Rəfiqə Həsənovaya xəstəliyi ilə əlaqədar əvvəldən Göyçay Rayon Mərkəzi Xəstəxanasında düzgün müalicə olunmadığı  üçün səhv diaqnoz  qoyulub.Sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb.Bakıda həkimlər onun xəstəliyi ilə bağlı müalicə prosesinə başlamağın artıq gec olduğunu bildiriblər. Ona heç bir əlac etmək mümkün olmayıb, müəllimə dünyasını dəyişib.

Bununla bağlı  Gülnarə Cavadova Göyçay Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə müraciət edib, araşdırma aparılır. 

Qarşı  tərəfin mövqeyini  işıqlandırmağa  hazırıq.