Gəncədə 57 yaşlı kişi bıçaqlanıb

8
Okt
13:35
thumb_down 0

Gəncədə bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Sadıllı qəsəbəsində yarımtikilinin həyətində baş verib.

60 yaşlı Akif Əmrah oğlu Cəlalov 57 yaşlı Hidayət Süleyman oğlu İbrahimovu bıçaqla vurub. Akif Cəlalov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.