Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq

7
Okt
23:00
thumb_down 0

Qaradağ və Nizami rayonları ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə sabah saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə seher.media-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonu üzrə Ümid, Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin, həmçinin Nizami rayonu üzrə M.Şərifli, Ə.Kürçaylı, İ.Məmmədov, B.Nuriyev, C.Naxçıvanski, R.Rüstəmov küçələrinin, Qara Qarayev və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.