"Lore Kids" rəhbərliyinin dələduz əməlləri bitmir!

7
Okt
18:11
thumb_down 0

Son günlər dələduzluq, işbazlıq edən insanlara tez-tez rast gəlirik. İş adamı kimi özünü qələmə verib, cəmiyyətdə inam – etibar qazanıb, sonradan öz iyrənc məqsədləri, oyunları üçün yeni qurbanlar axtarırlar. Bu hallar qadın adını daşıyan cinsin nümayəndəsi olduqda daha ağır görüntü halı ortaya çıxır. Ələxsusda, qadın özünü cəmiyyətə, ətrafındakında insanlara şəhid olan qardaşlarımızın, onların ailəsinin yarasından istifadə edərək.

Sayt rəhbərlərini, xəbər portallarının rəhbərlərini, tanınmış simaları və ya qeyri sahədən olan insanları aldadaraq onların əməyindən istifadə edib, sonradan qeyri etik, xanıma yaraşmayan addımları ilə əsl simasını ortaya qoyan “iş qadını” rolunu peşəkarcasına oynaya Əzizova Ülkər Şahverdi qızı.

“SəhərMedia” xəbər portalına “Lore Kids” uşaq bağçasının reklam işlərini və əməkdaşlıq təkliflərini irəli sürərək, bu işin həyata keçməsi üçün, müqavilə imzalayaraq, özünə reklam olsun deyə ŞƏHİD adından, yüksək rütbəli məmumrların adından qohumum deyib istifadə edərək, çəkiliş qrupunu aldadan “Lore Kids” uşaq bağçasının rəhbəri Ülkər adlı şəxs sonradan müqavilədə göstərilən şərtlərə əməl etməyib və müqavilə şərtlərini pozdu. Bağçanı Şəhid İbadov Rauf Məhərrəm oğlunun adına edəcəyi ilə bağlı və media mənsublarını aldatmışdır.

Dəfələrlə fərqli məkanlarda digər şəxslərlə görüşdüyü zamanda “SəhərMedia” xəbər portalının rəhbər heyəti ilə yaxınlıqda görüş yeri təyin etsə də, görüşüb danışmaqdan yayınmışdır. Şəhid adından istifadə edib, yalandan vədlər verərək, medianın nəzərini üstündən çəkməyə çalışmışdır.

Bununla yanaşı “Lore Kids” bağşasında bəzi valideynləri aldadaraq, pul vəsaitini mənimsəyib (buna hal şahidi olmuşuq).

“Lore Kids” bağçasının adı ilə müəyyən dələduz və iyrənc əməllərini həyata keçirməyə cəhd edib.

“SəhərMedia” xəbər portalı olaraq, aidiyyatı qurumlardan “Lore Kids” uşaq bağçası və Ülkər Əzizovanın dələduz əməllərinə qarşı uyğun tədbir görmələrini xahiş edirik.

P.S. “Lore Kids” uşaq bağçası həm Bakıxanovda, həm də Xırdalanda fəaliyyət göstərir. Nəzərinizə çatdıraq ki, "LORE KİDS" uşaq bağçası qeyd olunan əməllərdən yayınmaq məqsədi ilə bağçanın adını dəyişərək "BEST KİDS" qoyaraq, dəfələrlə əlaqə yaratmağa cəhd etsək də, məsələnin həllinə uyğun addım atmaq əvəzinə məsələdən yayınmışlar.

Məsələ diqqətimizdədir, mövzuya qayıdacayıq. Onun borclu olduğu şikayətçilərin mediaya müraciətini gələn yazımızda işıqlandıracayıq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.