Gəncədə üç minik avtomobili toqquşub

6
Okt
18:35
thumb_down 0

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, "Hyundai", VAZ-2107 və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, hər üç nəqliyyat vasitəsinə ciddi zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.