Hacıqabulda baş verən qəza zamanı bir ailənin üç üzvü xəsarət alıb

6
Okt
01:35
thumb_down 0

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Qızılgül Şəmsəddin qızı Əhədova, onun nəvəsi, 2016-cı il təvəllüdlü Qızılgül Ərşad qızı Əhədova və 1986-cı il təvəllüdlü Xəyalə Azad qızı Əhədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.