Oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Xidmətdən seher.media-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xızı, Siyəzən, Xaçmaz, Altıağac, Qobustan, Neftçala, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabadda fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.