Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.
seher.media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Oktyabrın 7-də gecə və səhər bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimal olunur.