“Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir!” HEYDƏR ƏLİYEV
Ölkəmizdə səhiyyə sistemi ilə əlaqədar bir çox mövzulara toxunmaq olar. Günümüzün aktuallığında “inkişafı” ilə TƏBİB birinciliyini qoruyub saxlayır. Belə bir həyati əhəmiyyəti olan qurumun öz sistemində yaratdığı boşluqlardan əhalinin əksər hissəsi narazıdır. Gün ərzində yüzlərlə insan icbari tibbi sığortanın yaratdığı fürsətlərdən yararlanmaq üçün saatlarla növbəyə duraraq həkim məsləhəti almağa can atır. Həkim otaqlarında yaradılan şərait pulsuz gələn xəstələrə xidmət etmir desək, yanılmarıq. Xəstə-həkim arasında yaradılan “səmimi” münasibət məhz sonda xəstənin hər hansısa bir məbləğı ödəməsinə hesablanmış taktikadır. Əslində isə 2018-ci il dekabrın 18-də yaradılan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi – TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. Amma, nəticə gözlənilən kimi deyil. İstər nəzərdə tutlmuş xəstəliklərdən əziyyət çəkən xəstələrin dövlət tərəfindən verilən dərmanlarla təminatı, istər sığortaya daxil edilmiş əməliyyatların müəyyən hissəsinin pasient tərəfindən ödənilməsinə göstəriş verib hətta deyərdik ki, məcbur edilməsi və həm də laborator və müəyyən diaqnostikalardan yararlanmaq üçün müraciət edən insanlardan pul tələb etmə faktları çoxalıb.
2020-ci il 1 yanvar tarixindən icbari tibbi sığortanın ölkə ərazisində mərhələli tətbiqinə başlanılıb. İcbari tibbi sığortaya daxildir:
- Təcili-təxirə salınmaz yardım və ambulans
- İlkin səhiyyə xidməti (Ailə həkimi)
- Ambulator şəraitdə müayinə və müalicə
- Stasionar müalicə
- Funksional-diaqnostik müayinələr
- Fizioterapevtik xidmət
- Laborator müayinə
- Hamiləlik və doğuş xidməti
- Təcili vaksinasiya
- Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası
- Cərrahi əməliyyatlar (həm də qapalı və açıq ürək-damar əməliyyatı)
Lakin, bəzi dövlət xəstəxanalarında göstərilən xidmətlərin heç biri pulsuz deyil. Doğuşun icrası, hamiləliyin yoxlanması istənilən xəstəxanada ödənişlidir.
Ürək xəstəliklərindən əziyyət çəkən insanlar diaqnostikadan yararlanmaq üçün ödəniş etməyə məcbur edilir. Ödənişsiz kimi qeyd olunan ürək-damar əməliyyatından isə söz belə gedə bilməz.
Şəkərli diabet xəstələrinin də dövlət tərəfindən qarşılanan dərman vasitələri bəzi hallarda işbaz həkimlər tərəfindən mənimsənilir və satılır. Qanunla nəzərdə tutulmuş test-striplər, qanda şəkərin miqdarını müəyyən edən test çubuğu (I tip şəkər xəstələri üçün) ayda bir dəfə verilməli olduğu halda bəzi xəstəxanalar bu tələbi ödəmir. Nəticədə xəstəlikdən əziyyət çəkən xəstələr gunahı həkimdə deyil, TƏBİB-də görür. Çünki, həkimlər “DƏRMANLARI BİZƏ TƏBİB VERİR, MÜQAVİLƏ YENİLƏNMƏSİ GECİKDİYİ ÜÇÜN TƏMİNATIMIZ YOXDUR” deyə bildirərək, öz səhlənkarlıqlarını və işbazlıqlarını TƏBİB üzərindən görür. Pasientlər isə öz narazılıqlarını bildirmək üçün TƏBİB-ə müraciət etsələr də, aradan qaldırılmayan bu neqativ məsələlər TƏBİB-in də marağı çərçivəsindədir deməyə əsas yaradır.
Sona İntizar
Məqaləni istifadə edərkən istinad mütləqdir!
"SƏHƏRMEDİA" XƏBƏR PORTALI OLARAQ, MƏSƏLƏ DİQQƏTİMİZDƏDİR VƏ MÖVZUYA QAYIDACAYIQ.