Xırdalanda mənzildən çürümüş meyit tapıldı

17
İyn
20:18
thumb_down 0

Abşeron rayonu Xırdalan şəhərində mənzildən meyit tapılıb.

Publika.az-ın məlumatına görə, hadisə iyunun 16-sı saat 16 radələrində Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanındakı binada baş verib.

Binanın 4 saylı mənzilində üzərində zorakılıq əlamətləri görünməyən çürüməyə məruz qalmış 70-80 yaşlı kişi meyiti tapılıb.

Qonşular həmin evdən bir müddətdir kəskin qoxunun gəldiyini bildiriblər.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu araşdırmalar aparır.