Kürdəmirdə ağır qəza: Ölən var

18
İyn
09:18
thumb_down 0

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.