Müğənni Vüsal Əliyevin biznesi batıb.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda verilişlərin birində deyib.
O bildirib ki, restoran işi bir neçə aydır dayanıb:
"Plansız şəkildə bu işə başladım. Dostum dəvət etdi, razılaşdım. Üç il bizneslə məşğul oldum. Yoruldum, sənətimdən geri qaldım. Restoran çətin işdir. Müşahidə etdim ki, sənətimdən başqa işlə məşğul olmaq mənə uğursuzluq gətirir. 2010-cu ildə də güclü ziyan etdim. Burada da güclü ziyanım oldu. İşləyə-işləyə ziyana düşdüm".
V.Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını əlavə edib.
İfaçı daha sonra son vaxtlar ailəsində ağır itkilər yaşadığını deyib. O bildirib ki, qayınatası və dayısı dünyasını dəyişib.