Ben Afflek və Cenifer Lopez ayrılıblar?

30
İyn
04:18
thumb_down 0
28

Hollivud aktyoru Ben Afflek nəhayət ki, müğənni Cenifer Lopeslə birlikdə yaşadığı malikanədən köçüb.

Ulduzlara yaxın bir insayder bildirib ki, Cenifer Lopez İtaliyada tətildə olarkən Ben Afflek bütün əşyalarını toplayaraq kirayə qaldığı evə aparıb.

"Ben Brentvudda yaşamağa davam edir. Artıq iki aya yaxındır ki, oradadır. O, hər gün ofisində olur və bütün diqqətini işinə cəmləyib. Boş zamanlarında isə uşaqları ilə vaxt keçirir", - deyə ikinci mənbə bildirib.

Qeyd edək ki, may ayında Cenifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Məlumata görə, ixtilafda Benin heç bir günahı yoxdur.

Mənbə: Gazeta.ru