"Hizbullah"ın raket hücumlarından sonra İsrailin şimalında yanğınlar başlayıb

4
İyl
18:18
thumb_down 0
28

Livanın "Hizbullah" hərəkatı İsrailə doğru 20 pilotsuz uçuş aparatı göndərib və 200-dən çox raket buraxıb.

Məlumata görə, hədəf İsrailin şimalındakı sərhədyanı hərbi bazalar olub.

"Hizbullah" bu addımı İsrail ordusunun Livanın cənubundakı Sur şəhərinə hücumundan bir gün sonra atıb. Həmin Livan hərəkatının səhra komandiri Əbu Naama Naser və bir döyüşçü həlak olub.

İlkin məlumatlara görə, İsrailin şimalındakı Akko şəhərində ticarət mərkəzi zərər görüb, ölən və yaralanan olmayıb.

Bildirilir ki, hücum nəticəsində bir sıra bölgələrdə yanğınlar baş verib.

İsrail ordusu Livanın cənubundakı hədəflərə cavab zərbələri endirdiyini bəyan edib.