“Guseynoff” şirkətinin rəhbəri, tanınmış iş adamı Emin Hüseynov yeni şirkət açıb.
"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə, "DEMONN" adı ilə qeydiyyata alınan şirkət Gəncə şəhərində böyük bir ərazidə fəaliyyət göstərir. Şirkət ən müasir texnologiyadan hazırlanan spirtli içkilərin, xüsusən də araqların aktiv şəkildə hazırlanması ilə məşğul olacaq.
Söhbət 24 saat ərzində minlərlə araqın hazırlanaraq satış bazarına çıxarılmasından gedir. Deyilənə görə şirkətə qoyulan sərmayə 1 milyon dolardan artıqdır. Həmçinin şirkətdə xeyli sayda gəncəlilər işlə təmin olunub.
Bundan sonra da olunmaqda davam edir. Bir neçə gün bundan öncə ölkənin tanınmış şou-biznes nümayəndələrinin iştırakı ilə "DEMONN" şirkətinin təntənəli açlış mərasimi olub. Sözügedən açılış mərasiminə təxminən 100 min manata yaxın pul xərcləndiyi iddia olunur.