Fəzail Ağamalı yox, qızı namizəd olacaq!

17
İyl
19:51
thumb_down 0

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

SəhərMedia xəbər verir ki, onun əvəzinə qızı Günay Ağamalı namizəd olacaq.

Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyi irəli sürülüb. O, Ana Vətən Partiyasının sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviridir.

Qeyd edək ki, Fəzail Ağamalı Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olub.