Roza Zərgərli: "Oğullarımın yanında mənim adımı yazmayın"

7
Sen
14:54
thumb_down 0

Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc Qafarovun işdən çıxarılmasına reaksiya verib.

Baku.ws-in məlumatına görə, sənətçi bununla bağlı şəxsi sosial şəbəkə hesabında video paylaşıb. Müğənni artıq himayəsinə götürdüyü oğullarının yanında öz adının yazılmamasını xahiş edib:

"Zamanında himayəmə götürdüyüm övladlarımla bağlı çox məqalələr və xəbərlər yazılıb. Orada qeyd edilirdi ki, Roza Zərgərlinin oğlu və sairə. Mən səhv iş görməmişəm. Əmək, maliyyə, sevgi və ən bahalı zaman xərcləmişəm.

Bu gün sosial mediada Corcun işindən uzaqlaşması haqqında xəbərlər dərc olunub. Corc da məsələ ilə bağlı mediaya açıqlama verib. Biz onsuz da Corcun həmin teatrdan uzaqlaşmasını bilirdik. Corc Rusiyada çalışanda bu hadisə baş vermişdi.

Yenə də media Corcun fikirlərini yazır. Sonda isə yazılır ki, "Corc Roza Zərgərlinin oğludur". Buradan sizə deyirəm və sizdən rica edirəm ki, artıq himayəmə götürdüyüm oğullarımın yanında mənim adımı yazmayın".

Qeyd edək ki, Roza Zərgərlinin övladlığa götürdüyü oğulları Corc Qafarov və Jerar Qafarovdur. İfaçının Bənövşə adlı bir qızı da var.

Roza Zərgərli: "Oğullarımın yanında mənim adımı yazmayın"

Roza Zərgərli: "Oğullarımın yanında mənim adımı yazmayın"