Ağcabədidə iki avtomobil toqquşub: Ölən və xəsarət alanlar var

16
Sen
12:00
thumb_down 0

Ağcabədidə iki minik avtomobili toqquşub.

"Report" xəbər verir ki, 1948-ci il təvəllüdlü Əhməd Alı oğlu Alıyev idarə etdiyi VAZ-2107 markalı avtomobil 1959-cu il təvəllüdlü Fəqani Ərşad oğlu Tağıyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.

Nəticədə F.Tağıyev ölüb, avtomobildə olan sərnişinlər 1970-ci il təvəllüdlü Şöhrət Heydər qızı Nəzərova, 1991-ci il təvəllüdlü Vüsalə Nəsir qızı Nəzərova və 2012-ci il təvəllüdlü N.Ş. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.