Moskvada zabitin avtomobilini partlatmaqda təqsirləndirilən şəxs Rusiyaya təhvil verildi

26
İyl
13:18
thumb_down 0

Moskvada avtomobil partlatmaqda təqsirləndirilən rusiyalı Yevgeni Serebryakov Türkiyədən Moskvaya aparılıb.

seher.media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

"Bu gün Serebryakov Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqlərinə təhvil verilib", - deyə o, "Telegram" kanalında yazıb.

Serebryakov iyulun 24-də Bodrumda saxlanılıb. O, 1995-ci ildə anadan olub, Volqoqrad vilayətindəndir.

İyulun 24-də səhər saatlarında Moskvada, Sinyavinskaya küçəsində "Toyota Land Cruiser Prado" avtomobili partladılıb. Partlayış nəticəsində avtomobildə olan bir qadın və bir kişi yaralanıblar. Media mənbələrə istinadən yazıb ki, yaralanan şəxs Müdafiə Nazirliyinin zabiti olub.

=