ŞƏHİD ELMİR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “HƏSRƏTİ BİTİRƏNLƏR” TƏDBİRİNDƏN

26
İyl
14:25
thumb_down 0

21 iyul 2024-cü il tarixində şəhid Elmir Əliyevin xatirəsinə həsr olunmuş “HƏSRƏTİ BİTİRƏNLƏR” adlı tədbirdə bir çox tanınmış insanlar, media nümayəndələri və şəhid ailələri yer aldılar. Belə ki, layihə rəhbəri və təşkilatçı Zümrüd xanım Nəbiyevanın təşkil etdiyi bu tədbirdə bəstəkar müğənni Ruslan Səfəroğlu, əməkdar artist Səlim Abbasov, “SəhərMedia” xəbər portalının rəhbəri Zaur Qafarov, ictimai fəal Aynurə Əkbərova və Şəhid ailələri və Qazilərin məsələləri üzrə araşdırmacı jurnalist Mətanət Akifqızı iştirak edirdilər. Tədbirdə 33 şəhid anasının və iştirak edən digər ailə üzvlərinə “Bitən Həsrət” adlı əl işi olan şəhidlərin tabloları təqdim edilmişdir.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Tədbirdən görüntüləri sizinlə bölüşürük: