Göygöldə qadın bıçaqlandı - 17 yaşlı oğlu saxlanıldı

26
İyl
20:36
thumb_down 0

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonda yerləşən parkların birində qeydə alınıb.

1989-cu il təvəllüdlü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan seher.media-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R.Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.