MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib

27
İyl
14:54
thumb_down 0

"Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır".

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməlidirlər:

"Belə hallar olsa, MSK araşdıraraq, hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər".