Nikol Kidman və 16 yaşlı qızı göz qamaşdırdılar

31
İyl
06:18
thumb_down 0

Məşhur Hollivud aktrisası Nikol Kidman böyük qızı Sandi Rouzla birlikdə Parisdə keçirilən "OMEGA Her Time" tədbirinin əsas ulduzları olublar.

seher.media-ın "People Talk"a istinadla verdiyi məlumata görə, Kidmanın 16 yaşlı qızı ilk dəfə ictimaiyyət qarşısına çıxıb və tamaşaçıların heyranlıq dolu baxışlarını özünə cəlb edib.

Həmçinin Nikol və Sandinin bütün axşam bir-birilərinin əllərini buraxmamaları pərəstişkarların diqqətindən yayınmayıb.

Xatırladaq ki, 55 yaşlı Nikol Kidman və həyat yoldaşı, avstraliyalı kantri ifaçısı Kit Urbanın iki ortaq qızı var - Sandi Rouz və Feyt Marqaret, onlar surroqat analıq sayəsində dünyaya gəliblər. Bundan əlavə, aktrisa Tom Kruzla evliliyində övladlığa götürdüyü iki uşağı da böyüdür.