Ağır xəstə olan Selin Dion həkimlərin xəbərdarlıqlarına baxmayaraq səhnəyə qayıdır

8
Avq
03:18
thumb_down 0

Uzun illərdir əzələ sərtliyi sindromundan əziyyət çəkən və buna görə səhnə fəaliyyətini dayandırmaq məcburiyyətində qalan məşhur müğənni Selin Dion yenidən səhnəyə qayıdır.

Bu barədə seher.media "In Touch" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, 56 yaşlı kanadalı müğənni ağır xəstəliyinə və həkimlərin xəbərdarlıqlarına baxmayaraq, yeni çıxışlar planlaşdırır.

Fransanın paytaxtında keçirilən Paris-2024 Olimpiya Oyunları zamanı səhnəyə möhtəşəm qayıdışından sonra sənətçi pərəstişkarlarını canlı ifaları ilə sevindirməyə davam etmək istəyir.

"Parisdə hər şey yaxşı getdiyi üçün Selin göyün yeddinci qatındadır. Bu, son dönüş idi və bunun üzərində çox çalışmışdı. O, səhnəyə qayıdacağı ilə bağlı inamını heç vaxt itirmədi. Onun əhatəsindəki hər kəs, həkimlər də daxil olmaqla, bunun demək olar ki, mümkün olmadığını deyirdilər", - insayder bildirib.

Xatırladaq ki, Selin Dion 15 ildən artıqdır ki, əzələ sərtliyi sindromu ilə mübarizə aparır. Bu, nadir nevroloji xəstəlikdir ki, ağrılı keçən əzələ sərtliyinə səbəb olur.

Yalnız 2022-ci ildə ictimaiyyət müğənninin ağır xəstə olduğundan xəbər tutub. O vaxtdan bəri o, ictimai həyatdan çəkilib, son vaxtlar isə bir neçə müsahibə verib ki, orada açıq şəkildə xəstəliklə mübarizəsindən danışıb. Həmçinin Selin 2024-cü ildə "Grammy-2024" mərasimində də görünüb ki, burada Teylor Sviftə mükafatını təqdim edib.

"Qayıtmaq və əyləndirmək arzusu onun sağlamlıq mübarizəsində böyük hərəkətverici qüvvə olub. O, heç vaxt təslim olmayıb və aylardır gizli şəkildə öz səs gücü və səsinə nəzarət etmək üzərində işləyirdi", - deyə insayder bildirib.

Həmçinin mənbələr xəbər verirdilər ki, Dion səhnəyə qayıdacaq və ehtimal ki, 2024-cü ilin noyabrında Las-Veqas Qran-Prisi zamanı "Resorts World Theatre"da məhdud sayda şou nümayiş etdirəcək.