"Sədərək" ticarət mərkəzində oğurluq edən şəxs saxlanılıb

8
Avq
13:54
thumb_down 0

Avqustun 7-də paytaxt sakini olan kişi Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə müraciət edərək həmin gün saat 10 radələrində "Sədərək" ticarət mərkəzində yerləşən mağazaların birində mobil telefonunun oğurlandığını bildirib.

seher.media-ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən oğurluğu etməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü E.Nağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Aytac Qasımova