Ağdamda rayon sakinindən marixuana aşkarlanıb

9
Avq
10:00
thumb_down 0

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Vaqif Mahmudov saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, onun yaşadığı ünvana baxış zamanı bir kiloqrama yaxın marixuana və elektron tərəzi, eləcə də müxtəlif çaplı patronlar aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.