Bakıda son altı ayda nə qədər məhsul satılıb?

10
Avq
23:36
thumb_down 0

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,5% artaraq 15 milyard 892,1 milyon manat olub.

seher.media xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 6775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9%-i hüquqi şəxs statuslu müəssisələrdə 48,7%i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq məhsul satılıb. Beləliklə birinci yarımildə ümumi ticarət dövriyyəsinin 58.3%-i paytaxtın payına düşüb.