Nazəninin "Instagram" hesabı oğurlandı: 7000 dollarlıq təklif

13
Avq
12:18
thumb_down 0

Müğənni Nazənin Salayevanın "Instagram" profili oğurlanıb.

seher.media xəbər verir ki, səhifədə qeyri-etik paylaşımlar edilib.

Səhifəni oğurlayan şəxs paylaşım edərək, bunu 7 000 dollar qarşılığında etdiyini bildirib.

"Bu hesabın oğurlanması üçün 7000 dollar təklif etdilər və biz razılaşdıq! Amma mən öz pulumu almadım. Əgər pul bir saat ərzində gəlməsə, bunu sifariş edəni paylaşacağam", - deyə səhifəni oğurlayan şəxs paylaşım edib.

Qeyd edək ki, səhifənin bir milyondan çox izləyicisi var.