Ağstafada silah-sursat aşkarlanıb

13
Avq
13:54
thumb_down 0

Ağstafada silah-sursat aşkarlanıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Vurğun qəsəbəsi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və oradan beş ədəd müxtəlif markalı və çaplı ov tüfəngləri aşkar edərək götürüblər. Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.