Orlando Blum və Keti Perrinin istirahətindən ekstremal GÖRÜNTÜLƏR

14
Avq
04:18
thumb_down 0

Məşhur müğənni Keti Perri və Hollivud aktyoru Orlando Blum istirahətlərindən maraqlı görüntülərlə gündəm olublar.

seher.media-ın verdiyi məlumata görə, bununla bağlı maraqlı kadrları Perri özünün sosial şəbəkə hesabından paylaşıb.

Videoda ulduz cütlüyün helikopterdən birbaşa okeana heyranedici tullanışı ilə unudulmaz macəraları nümayiş olunub.

Kadrlardan görünür ki, "Üzüklərin hökmdarı"nın ulduzu sevgilisinin əlindən tutaraq üçə qədər sayır və suya tullanır.

"Sanki göydəki ulduzlar kimiyik. Biz hər bir həyatda bir-birimizi tapacağıq", - deyə Keti öz mahnısından bir sətri sitat gətirib.

Kadrlar pərəstişkarlar tərəfindən çox bəyənilib, posta minlərlə şərh gəlib.

Orlando Blum və Keti Perrinin istirahətindən ekstremal GÖRÜNTÜLƏR

Orlando Blum və Keti Perrinin istirahətindən ekstremal GÖRÜNTÜLƏR