Maşın sürmək həvəsinə düşən gənc cinayətə əl atdı

3
Sen
09:18
thumb_down 0

Abşeron Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən Qafar Əfəndiyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttiham aktına əsasən, hadisə 8 mart 2023-cü il tarixdə, saat 1 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Şükür Həmidov küçəsində yerləşən evlərin birinin qarşısında qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Qafar Əfəndiyev evin yaxınlığında zərərçəkmiş H.H.-yə məxsus VAZ-2107 markalı avtomobili idarə etmək həvəsinə gəlib. O, zərərçəkmiş şəxsin icazəsi olmadan həmin maşının sükanı arxasına əyləşib, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib.

Daha sonra Qafar Əfəndiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.