Qaynının məclisində söyüş söyəni bıçaqlayan şəxsə AĞIR CƏZA

4
Sen
09:18
thumb_down 0

Lənkəran Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elmin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın etdiyi məlumata görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 23 sentyabr 2023-cü il tarixdə saat 23:45-də Sabirabad rayonu Xankeçən kəndində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini Elmin Abdullayev qaynının hərbi xidmətə yola salınması münasibətilə qayınatasının təşkil etdiyi məclisdə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə olub. Həmin vaxt məclisdə iştirak etmiş kənd sakini, zərərçəkmiş Ceyhun Mehdiyev yolla keçən tanışının ünvanına zarafatyana nalayiq ifadə işlədib. Bunu da Elmin eşidib, zərərçəkmişə irad bildirib, sonra onların arasında mübahisə yaranıb. Nəticədə o, xuliqanlıq niyyəti ilə Ceyhun Mehdiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Elmin Abdullayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.