Naxçıvanda onminlərlə çətənə kolu məhv edildi

4
Sen
10:36
thumb_down 0

Naxçıvanda onminlərlə çətənə kolu aşkar olunaraq götürülüb.

seher.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 7 628 kiloqram olan 202 875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.