Doqquz yaşlı Yusifin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə seher.media-a onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir:
"Yusifin doqquz yaşı var. O, anadangəlmə serebral iflicdən əziyyət çəkir. Keçən il pay torpağımı sataraq Yusifi müayinə üçün İrana apardım. Orda Yusifin başına maye yığıldığını, təcili əməliyyata alınmalı olduğunu dedilər. Əməliyyat üçün xəstəxanaya 4 000 manat ödəniş etməliyik. Bu məbləğin 2 000 manatını toplaya bilsək də, qalan hissəni hələ də toplaya bilməmişik".
Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:
"Mənim Yusifdən əlavə iki övladım da var. Onların atası illər əvvəl bizdən ayrılıb, özünə yen həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. Yusiflə mənim pensiyama dolandıra bilirəm uşaqlarımı. İnanın, uşaqlarımı bir qarnı ac, bir qarnı tox böyüdürəm. Yusif isə təcili əməliyyat olunmalıdır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, övladımın əməliyyatı üçün köməklərini əsirgəməmələrini xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 819-60-21.
Kapital Bank: 4169 7388 1597 9723.
Atası atıb gedib, anası əlilliyinə görə işləyə bilmir: Yusifin dəstəyə ehtiyacı var