Şəkidə VII əsrə aid gümüş sikkələri satmaq istəyən şəxs saxlanıldı

5
Sen
09:18
thumb_down 0

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov saxlanılıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub. Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib.

Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.