Paytaxtda QƏZA: İşıqfor yararsız vəziyyətə düşdü

6
Sen
01:54
thumb_down 0

Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza zamanı bir ədəd piyada işıqforu yararsız vəziyyətə düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yeni işıqforun quraşdırılması işi görüləcək.