Agentlik sədri filial müdirini işdən çıxardı

6
Sen
16:54
thumb_down 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialının müdiri işdən çıxarılıb.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin müvafiq əmri ilə Emil Veysəl oğlu Bədəlov vəzifəsindən azad olunub.

O, ötən il sözügedən vəzifəyə təyin edilmişdi. Uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışan Emil Bədəlov ləğv edilən Dövlət Məşğulluq Agentliyinin 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının direktoru vəzifəsində də çalışıb.