BU HƏYATIN CƏHƏNNƏMİ...

9
Sen
00:06
thumb_down 0

Bilirsən nə vaxt qocalır insan, dostum? Həyatın yükünü çiyinlərinə götürərkən yox, sevdiyi tərəfindən köləliyə məhkum olunanda... Bəzən tutar əlindən sənə özünü şəhzadə kimi hiss etdirmək üçün, bir də baxarsan ki, güvənib tutduğun əl səni gömür torpağın ən dibinə... Ayağına daş dəyəndə sarıldığın qollar artıq səni itələyib atır lazımsız əşyaların sırasına... oynadı, yoruldu, atdı...

Bu bir qadın üçün necə ağrılıdır... bunu ALLAHDAN başqa kimsə bilməz...

Dil lal olur o anlarda. Nə Allahdan ümüd istəyə bilmirsən, nə də bəddua etməyə dilin gəlməz. Qalırsan çarəsizlikdə... Nə aclıq, nə susuzluq təsir etmir insana. Qum saatı kimi süzülürsən üzü torpağa sarı...

Sığındığın insan sənin sevgini görməməzdən gəldikcə, uçurumun kənarına gəldiyinin fərqinə varırsan. Qadın üçün ən böyük bədbəxtllik buradan başlayır. Ölümündən sonra isə onun üçün fərq etməyəcək bir yoxluğa düşərsən... O isə sən çoxdan yoxsanmış kimi başlayır qaldığı yerdən  öz həyatına... Bax beləcə həyatından zəlil qalan qadın dünyanın o biri üzündə də sevdiyinin onsuz necə olduğunu düşünərək cənnətdə olsa belə, cəhənnəm əzabı yaşayır... BU HƏYATDAKI CƏHƏNNƏM AZMIŞ KİMİ...

Qadınınızı cənnət mələyinə çevirmədən dəyərləndirin...

Gözü yaşlı qalmayasınız diləyi ilə...

SONA İNTİZAR / XIRDALAN