ADY-nin qatarlarına skuter və velosipedlə girmək olar?

10
Sen
00:35
thumb_down 0

"Təhlükəsizlik baxımından Azərbaycan Dəmir Yollarının (ADY) qatarlarına yalnız mühərriksiz və batareyasız çalışan vasitələr buraxılır".

Bu barədə baku.ws-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yollarının (ADY) mətbuat katibi Sənubər Nəzərova bildirib.

O, həmçinin qeyd edib ki, qatarlarda velosiped aparılmasına da icazə verilir:

"Qatarlarımızda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlanabilən mühərriksiz və batareyasız velosipedi çexolunda, eləcə də FLIRT markalı qatarların dördüncü vaqonunda mühərriksiz və 2 ədəd batareyasız velosipedin daşınması üçün nəzərdə tutulmuş yerdə açıq vəziyyətdə ödənişsiz apara bilərsiniz".

Xatırladaq ki, ötən həftə baku.ws-in "Qaynar xətti"nə ADY-nin qatarına skuterlə girə bilməyən gənc şikayətlə müraciət etmişdi.