Fatimə, Xuraman, Firəngiz və Elxan Məmmədovun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə seher.media-a onların anası Leyla Məmmədova məlumat verib.
O bildirib ki, övladlarının dördünün də görməsində problem var:
"Firəngizin on, Fatimənin doqquz, Xuramanın beş, Elxanın isə üç yaşı var. Onların dördünün də görməsində zəiflik var. Həkim qızlarımın üçünə eynək, oğluma isə müalicə yazıb. Əgər eynəkləri taxmayıb, müalicəni etməsək, onların gözünə mirvari suyunun gələcəyini (katarakta xəstəliyi - red.) deyib. May ayında həkim müayinəsində olmuşuq, o gündən bura hələ də imkan edib eynəklərini ala bilməmişəm".
Gənc ana övladlarına təkbaşına baxdığını deyib:
"Yoldaşım 2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib, özüm isə işləmirəm. Uşaqların pensiyası ilə birtəhər dolanırıq, özümüz kirayədə qalırıq. İnanın, uşaqları bir qarnı ac, bir qarnı tox böyüdürəm. Hazırda eynəkləri almağa və müalicələri etmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (050) 366-95-13.
Kapital Bank: 5239 1517 3731 2473.